Stadiona “Sevilya”nın formasında gəldi, qovdular
"Sevilya”nın
azyaşlı fanatı "Betis” – "Barselona” oyununa baxmaq üçün stadiona gəlib.
Kaspi.az xəbər
verir ki, onun əynində "Sevilya”nın futbolçusu Dieqo Karlosun forması olub. Yeniyetmədən
tələb ediblər ki, formanın üstündən başqa köynək geyinsin.
O, bu tələbi
yerinə yetirib. Ancaq stadionun mühafizəçiləri bundan sonra da onun stadionda
qalmasını təhlükəli hesab ediblər. Ona görə də azarkeşdən stadionu tərk etməyi
tələb ediblər.
Eyni şəhərin təmsilçisi
olan "Betis”lə "Sevilya” arasında gərgin rəqabət var. Bu komandalar öz
aralarında indiyə qədər 130 oyun keçiriblər. 6 oyunda "Sevilya”, 38
qarşılaşmada "Betis” qalib gəlib.