• çərşənbə, 24 Aprel, 00:13
  • Baku Bakı 14°C

ÜST uşaqların və yeniyetmələrin koronavirusa qarşı peyvənd olunmasına çağırıb

24.06.21 17:45 285
ÜST uşaqların və yeniyetmələrin koronavirusa qarşı peyvənd olunmasına çağırıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yenilənmiş tövsiyələrində uşaqların koronavirus əleyhinə peyvənd olunmasına çağırış edilir.
AZƏRTACqurumun saytına istinadla xəbər verir ki, yenilənmiş tövsiyələrdə uşaqların və yeniyetmələrin koronavirusu adətən daha yüngül formada keçirdikləri qeyd olunur. "Bu səbəbdən COVID-19 infeksiyasını ağır keçirmə riski olan qrupa düşmədikləri üçün onları yaşlılar, xroniki xəstələr və səhiyyə işçilərindən sonra vaksinasiya etmək lazımdır”, - deyə ÜST tövsiyə edir.
Qeyd edək ki, bir müddət öncə qurum koronavirus əleyhinə vaksinlərin uşaqlara təsiri barədə yetərincə məlumat olmaması səbəbdən onların peyvəndlənməsini məsləhət görmürdü.
banner

Oxşar Xəbərlər