• cümə, 29 Mart, 02:26
  • Baku Bakı 7°C

ÜST uşağına süd verən anaların da peyvənd edilməsini tövsiyə edib

20.07.21 11:00 303
ÜST uşağına süd verən anaların da peyvənd edilməsini tövsiyə edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) azyaşlı körpəsinə süd verən anaların da koronavirusa qarşı peyvənd edilməsini tövsiyə edib.
APATASS-a istinadən xəbər verir ki, təşkilatın İmmunlaşdıma üzrə strateji məsləhət qrupunun Cenevrədə keçirilən iclasda bu qərar gəlinib.
Bildirilib ki, anaları peyvənd olunan körpələr heç bir risk altında olmayacaq: "Bir sıra qısamüddətli tədqiqatlar göstərir ki, süd verən analar peyvənd olunduqdan sonra onların körpələri üçün heç bir risk olmayacaq”.
ÜST-ün İmmunlaşdırma Qrupu, həmçinin, bəyan edib ki, xəstəliyi olan uşaqlar cəmiyyətdə virusun yayılma səviyyəsi yüksək olduqda, peyvənd olunanların siyahısan daxil edilməlidirlər.
banner

Oxşar Xəbərlər