• cümə, 29 Mart, 05:05
  • Baku Bakı 7°C

ÜST rəhbəri koronavirus pandemiyasının hazırkı mərhələsini çox təhlükəli adlandırıb

07.07.21 17:45 239
ÜST rəhbəri koronavirus pandemiyasının hazırkı mərhələsini çox təhlükəli adlandırıb
Koronavirus pandemiyası, dünya ictimaiyyətinin ona qarşı mübarizədə əldə etdiyi nailiyyətlərə baxmayaraq, çox təhlükəli mərhələdədir.AZƏRTACxəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
"Pandemiyaya nəzarətdə irəliləyişə nail olsaq belə, o, çox təhlükəli mərhələdədir", - deyə o ACT-Accelerator koronavirus pandemiyası ilə mübarizədə Beynəlxalq Tərəfdaşlıq Şurasının iclasında çıxış edərək bildirib. Yaranmış vəziyyətdə, ÜST rəhbərinin sözlərinə görə, yeganə çıxış yolu ölkələrə fərdi qoruyucu vasitələrin, testlərin, tibbi ləvazimatların və peyvəndlərin ədalətli paylanmasında dəstək verməkdir.
Tedros Qebreyesus xatırladıb ki, indi pandemiya ilə əlaqəli məhdudiyyətlər, koronavirusla mübarizə alətlərinə sahib olan - ilk növbədə, peyvəndi olan dövlətlər tərəfindən yumşaldılır. "Eyni zamanda, kifayət qədər təchizata çıxışı olmayan ölkələr xəstəxanaya yerləşdirmə və ölüm hallarının dalğaları ilə qarşılaşırlar”, deyə o qeyd edib.
Bu mövzuya təşkilatın baş direktoru çərşənbə axşamı BMT-nin İqtisadi və Sosial Şurasının Siyasi Forumundakı çıxışında da toxunub. O, Afrika, Asiya və Amerika ölkələrində yoluxma hallarının kəskin artmasına diqqət çəkib. "Əslində, bu halların əhəmiyyətli dərəcədə qarşısını almaq olar”, - deyə ÜST rəhbəri bildirib və dünya ictimaiyyətini "yoluxmanın qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə” çağırıb. Qebreyesusun sözlərinə görə, pandemiya qlobal ictimai malların tədarükündə bir neçə şirkətə güvənmək - özünü məhdudlaşdırmaq və riskə məruz qalmaq demək olduğunu göstərdi. "Biz COVID-19-dan nəticə çıxarmalıyıq”, - deyə o növbəti pandemiyaya hazırlaşmağa çağıraraq çıxışını yekunlaşdırıb.
banner

Oxşar Xəbərlər