• cümə, 19 Aprel, 08:05
  • Baku Bakı 13°C

ÜST peyvəndlərə dair yanlış təsəvvürlər barədə xəbərdarlıq edib

25.11.21 14:45 235
ÜST peyvəndlərə dair yanlış təsəvvürlər barədə xəbərdarlıq edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı peyvəndlərlə bağlı ictimaiyyətdə formalaşmış yanlış təsəvvürlər barədə xəbərdarlıq edib.
AZƏRTACxəbər verir ki, beynəlxalq qurumun Baş direktoru Tedros Qebreyesus peyvəndlərin virusun "delta” ştamına qarşı təsirinə dair tədqiqat nəticələrindən danışıb. O peyvəndlərin koronavirusa qarşı effektiv təsirindən bəhs edərək bildirib ki, peyvəndlər insan həyatını xilas edirlər, lakin virusun keçiriciliyindən tam qoruya bilmirlər. Aparılan araşdırmalar göstərib ki, "delta” variantından öncə peyvəndlər virusun yoluxuculuğunun qarşısını 60 faiz alsalar da, delta variantında bu göstərici 40 faizə düşüb. Ona görə də insanlarda peyvəndlə bağlı yanlış təhlükəsizlik təsəvvürləri narahatlıq doğurur. Çünki ictimaiyyət arasında belə bir fikir formalaşıb ki, sanki ancaq peyvəndlərin tətbiqi ilə pandemiya aradan qalxacaq və peyvənd olunmuş şəxslərin hansısa qaydalara əməl etməsinə daha gərək qalmayacaq.
T.Qebreyesusun sözlərinə görə, qeyd olunan yanaşma ilə yanaşı Avropada aşağı peyvənd kvotası və vaxtından əvvəl məhdudiyyətlərin yumşaldılması virusun yeni dalğasına səbəb olub. Ötən həftə bütün dünya üzrə qeydə alınan yeni yoluxma və ölüm hallarının 60 faizi Avropanın payına düşüb. Bu isə regionda səhiyyə sistemlərinin həddən artıq yüklənməsinə səbəb olur.
Statistikaya görə, bir həftə ərzində Avropada koronavirusla əlaqədar 2,5 milyon yeni yoluxma və 30 min ölüm halı qeydə alınıb. Bununla da Avropa qitəsi hazırda dünyada koronavirus pandemiyasının tüğyan etdiyi əsas regiondur.
Avropada yoluxma hallarının ciddi şəkildə artmasına baxmayaraq, qitədə sosial təmasların səviyyəsi pandemiyadan əvvəlki səviyyəyə çatması da tənqid olunub. Bildirilib ki, peyvənd olunmaq nə qədər təqdirəlayiq olsa da, pandemiyaya qarşı mübarizə qaydaları və məhdudiyyətlərə əməl olunması da bir o qədər vacibdir.
banner

Oxşar Xəbərlər