• cümə, 29 Mart, 03:39
  • Baku Bakı 7°C

ÜST koronavirusun yeni ştamının yaranması səbəbini açıqlayıb

11.01.22 11:45 290
ÜST koronavirusun yeni ştamının yaranması səbəbini açıqlayıb
"Koronavirusun "deltakron" ştamı virusun iki variantının birləşməsi deyil”.
"Report”xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya van Kerkhove özünün tviterdəki hesabında yazıb.
O, həmçinin "deltakron" adından istifadə olunmamasını təklif edib. Təşkilat rəsmisi hesab edir ki, "deltakron" laboratoriya səhvi nəticəsində ortaya çıxıb.
ÜST nümayəndəsi qrip və COVID-19-un eyni vaxtda xəstəlik mənasını verən "deltakron”, eləcə də "fluron” anlayışından istifadə etməməyə çağırıb.
"Bu sözlər virusların variantların birləşməsini nəzərdə tutur, amma bu baş vermir. "Deltakron” yəqin ki, ştamların ardıcıllaşdırması zamanı çirklənmədir", - o tviterdə yazıb.
Qeyd edək ki, koronavirusun ilk dəfə Kiprdə aşkarlanan yeni ştamının daha əvvəl məlum olan iki variantın – "delta” və "omikron” variantlarının kombinasiyası olduğu bildirilirdi. Buna görə də yeni ştam törədicilərinə müvafiq olaraq "deltakron” adlandırılıb.
banner

Oxşar Xəbərlər