• cümə axşamı, 18 aprel, 16:52
  • Baku Bakı 22°C

ÜST: Koronavirusun "Britaniya" variantı indiyədək 41 ölkədə qeydə alınıb

06.01.21 09:00 348
ÜST: Koronavirusun "Britaniya" variantı indiyədək 41 ölkədə qeydə alınıb
İlk olaraq Böyük Britaniyada aşkar edilmiş koronavirus infeksiyasının yüksək yoluxucu növünün yayılması artıq 41 ölkədə və ərazidə qeydə alınıb.
APAxəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən nəşr olunan həftəlik epidemioloji məlumat bülletenində bildirilib.
"5 yanvar tarixindən etibarən ilk olaraq Birləşmiş Krallıqda qeydə alınan koronavirusun VOC-202012/01 variantına, az sayda olsa da, 40 əlavə dövlət/ərazi/regionda rast gəlinib”, - məlumatda belə deyilir.
Qeyd olunur ki, ilk məlumatları Cənubi Afrika Respublikasından gələn və "501Y.V2” növü kimi tanınan koronavirus ştammı başqa altı ölkədə/ərazidə/regionda təsbit edildib.
ÜST-ün məlumatına görə, son bir həftə ərzində dünyada COVID-19-a yoluxanların sayı 4 035 226, ölənlərin sayı isə 76 017 nəfər artıb. Yeni yoluxmaların əksəriyyəti Amerika qitəsində aşkar edilib – 1 935 621. İkinci yerdə Avropa (1 553 332), üçüncü yerdə Cənub-Şərqi Asiya (208 592) qərarlaşıb. Yeddi gündə 32 898 koronaviruslu xəstənin öldüyü Avropa ölüm səviyyəsində liderdir. İkinci yerdə Şimali və Cənubi Amerika (32 283), üçüncü yerdə Cənub-Şərqi Asiya (3 756) gəlir.

banner

Oxşar Xəbərlər