• çərşənbə axşamı, 23 aprel, 16:55
  • Baku Bakı 24°C

ÜST koronavirus təhlükəsilə bağlı spirtli içkidən və siqaretdən imtinanı tövsiyə edib

21.03.20 09:50 711
ÜST koronavirus təhlükəsilə bağlı spirtli içkidən və siqaretdən imtinanı tövsiyə edib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus koronavirusdan qorunmaq üçün insanları spirtli içkidən və siqaretdən imtina etməyə çağırıb.
APARİA Novosti-yə istinadən xəbər verir ki, ÜST rəhbəri daha çox idmanla məşğul olmağı məsləhət görüb: "İmmunitet sisteminizin düzgün işləməsinə kömək edən sağlam və faydalı qidalar yeyin, alkoqol qəbulunu məhdudlaşdırın, şəkərli içkilərdən çəkinin. Siqaret çəkməyin. Siqaretə aludə olsanız, yoluxacağınız ciddi xəstəliyin inkişaf riskini artıra bilərsiniz”.
Baş direktor əlavə edib ki, fiziki fəaliyyətə gündə ən azı 30 dəqiqə vaxt ayırmaq lazımdır:
"Evdən işləsəniz, uzun müddət eyni vəziyyətdə oturmamağa diqqət edin. Qalxın və hər 30 dəqiqədə 3 dəqiqəlik fasilə verin”.
banner

Oxşar Xəbərlər