• şənbə, 20 Aprel, 09:56
  • Baku Bakı 14°C

ÜST: Hər bir ölkənin əhalisinin 70%-nin vaksinasiyası “omikron”un yayılmasını dayandıracaq

06.01.22 11:30 293
ÜST: Hər bir ölkənin əhalisinin 70%-nin vaksinasiyası “omikron”un yayılmasını dayandıracaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yüksək yoluxucu "omikron” ştamının yayılması fonunda beynəlxalq ictimaiyyəti bütün ölkələrin öz əhalisini COVID-19-a qarşı immunizasiyasının təminatı üçün bütün səyləri göstərməyə çağırır.
"Report”xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti bildirib.
ÜST-ün aparıcı epidemioloqu Mariya van Kerxov bir daha xatırladıb ki, dövlətlər "omikron” ştamının sürətlə yayılması fonunda busterin - əlavə peyvəndlərin köməyi ilə pandemiyaya qalib gələ bilməyəcəklər.
"Sıx ünsiyyət, sübut edilmiş tədbirlərin məhdud istifadəsi və məhdud peyvənd əhatəsi - bu şərtlər istənilən ştamın, hər hansı bir virusun çiçəklənməsini təmin edəcək", - Mariya van Kerkov deyib.
Hətta bayramlar başlamazdan əvvəl "omikron” ştamı dünyanın 128 ölkəsində müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatının epidemioloqu Abdi Mahamud öz növbəsində Cenevrədə keçirilən brifinqdə bildirib ki, yeni ştama yoluxanların xəstəliyin əvvəlki ştamlarla yoluxanlardan daha yüngül formada keçirməsinə dair heç bir inandırıcı sübut yoxdur.
Eyni zamanda, Mahmud qeyd edib ki, yeni COVID-19 dalğasının tüğyan etdiyi Londonda pasiyentlərin xəstəxanaya yerləşdirilmə nisbəti əvvəlki epidemiyalar dövrü ilə müqayisədə 20 faiz aşağıdır.
"Bu o deməkdir ki, əgər peyvənd olunmusunuzsa, qorunursunuz, lakin risk altındasınızsa və peyvənd olunmamısınızsa, "omikron” sizin üçün təhlükəlidir", - əlavə edib.
Abdi Mahmudun sözlərinə görə, bir neçə araşdırma nəticəsində "omikron” digər ştamlardan fərqli olaraq - ağciyərlərə deyil, yuxarı tənəffüs yollarına təsir göstərdiiyi məlum olub.
"Çətinlik dünyanın ən həssas insanlarını peyvənd etməkdir", - ÜST rəsmisi qeyd edib. O, bir daha ÜST-ün dünya əhalisinin azı 70 faizini peyvənd etməyə çağırdığını təkrar edib.
"Belə qorunma olmadan, virus xüsusilə insanların sıx olduğu yerlərdə və zəif havalandırılan otaqlarda sərbəst şəkildə çoxalır", - təşkilat nümayəndəsi vurğulayıb.
banner

Oxşar Xəbərlər