AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ÜST: Dünya COVID-19-a yoluxma “vadisinə” çıxıb, lakin sayıqlığı itirməməliyik

ÜST: Dünya COVID-19-a yoluxma “vadisinə” çıxıb, lakin sayıqlığı itirməməliyik

Təfsilat
11 May 2021, 18:15 811
Qlobal səviyyədə COVID-19-a yoluxma ilə bağlı yeni halların sayı artmır. ÜST-də bildirirlər ki, dünya COVID-19-a yoluxma "vadisinə” çıxıb, bəzi regionlarda isə, məsələn yaxın vaxtlara qədər yoluxmaların sayına görə liderlik edən Şimali və Cənubi Amerikada, həmçinin Avropada yoluxma göstəriciləri azalmağa başlayıb.
Bununla belə, ÜST-nin rəhbəri Tedros Gebreyesus Cenevrədə keçirilən brifinqdə həmin göstəricilərin hələ də yüksək olduğunu bildirib. AZƏRTAC xəbər verir ki, ötən həftə ərzində 5,4 milyon yeni yoluxma faktı qeydə alınıb, 90 min nəfər COVID-19 səbəbindən dünyasını dəyişib.
Hindistanda hər gün 350-370 min yeni yoluxma qeydə alınır. Doktor Tedros Gebreyesus ÜST-nin "Hindistanın xatirinə birləşək” adlı yeni təşəbbüsünü elan edib. Təşkilat həmin təşəbbüs çərçivəsində bu ölkədə pandemiyaya qarşı mübarizənin dəstəklənməsi üçün vəsait toplayacaq. Yığılan pullar, o cümlədən, oksigen balonları, fərdi müdafiə vasitələri və dərman alınmasına sərf ediləcək.
ÜST rəhbəri bir daha vurğulayıb ki, əgər planetin sakinlərinin əksəriyyəti peyvəndlənməsə, pandemiyaya qalib gəlmək mümkün olmayacaq.