• cümə, 19 Aprel, 19:11
  • Baku Bakı 24°C

ÜST COVID-19-un mənşəyini araşdırmaq üçün yeni komanda toplayıb

28.09.21 11:27 524
ÜST COVID-19-un mənşəyini araşdırmaq üçün yeni komanda toplayıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un mənşəyinin araşdırılmasını yenidən başlamaq üçün 20 alimdən ibarət yeni işçi qrupu yaradıb.AZƏRTACxəbər verir ki, bu barədə "Wall Street Journal” qəzeti yazır.
Yeni alimlər komandasına laboratoriya təhlükəsizliyi, biomüdafiə, genetika və heyvan xəstəlikləri sahəsində mütəxəssislər daxildir. Araşdırmalar Çində və bir sıra digər ölkələrdə aparılacaq.
Yeni patogenlərin mənşəyi üzrə elmi-konsultativ qrup daimi əsasla fəaliyyət göstərəcək. O, xəstəliklərin yayılmasını araşdıracaq və yeni xəstəliklərin ortaya çıxmasına səbəb ola biləcək təhlükəli insan fəaliyyətlərini aşkar edəcək. Əvvəlki alimlər qrupu COVID-19-un yarandığı güman edilən Uxanda olmuşdu və çinli tədqiqatçılara qan banklarını təhlil etməyi və xəstəliyin ən erkən hallarını əlavə olaraq araşdırmağı tövsiyə etmişdi. Çin görülmüş işlər barədə məlumat vermədi, ÜST-nin ilkin işçi qrupu isə buraxıldı.
Tədqiqatın yenidən başlanmasında ABŞ Dövlət katibi Entoni Blinken də daxil olmaqla Co Bayden administrasiyasının rəsmiləri israr edib. Koronavirus infeksiyasının mənşəyinin səbəblərini koronavirusun ilk qurbanlarının qan nümunələri tədqiqat aparmaq üçün yararsız hala düşməzdən əvvəl tapmaq lazımdır. Həmçinin Çin hökuməti bir neçə ay ərzində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusdan təkcə Çin ərazisində deyil, məsələn, İtaliya və ABŞ-da araşdırmalar aparılmasını tələb edirdi.
banner

Oxşar Xəbərlər