AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ÜST bəzi ölkələrdə peyvəndlərin qurtarması barədə xəbərdarlıq etdi

ÜST bəzi ölkələrdə peyvəndlərin qurtarması barədə xəbərdarlıq etdi

Təfsilat
24 İyun 2021, 10:00 109
COVAX (COVID-19 əleyhinə peyvəndə qlobal giriş fondu) proqramı vasitəsilə inkişaf etməmiş ölkələrə bağışlanan peyvəndlər demək olar ki, bitmək üzrədir. Bu ölkələr əhalinin peyvənd olunması prosesini davam etdirə bilməyəcək.
 
"Report” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təkilatı (ÜST) direktorunun köməkçisi Bryus Eylvord bildirib.
Onun sözlərinə görə, COVAX proqramı vaksinlərin dünyanın bütün ölkələri arasında ədalətli bölgüsünü təmin etmək məqsədi ilə işə salınıb. Proqram çərçivəsində 131 ölkə 90 milyon doza alıb, ancaq bu, pandemiya ilə mübarizə üçün azdır, inkişaf etməmiş ölkələrə verilmiş preparatlar artıq başa çatır.
 
Eylvordun sözlərinə görə, analoji vəziyyət 40-dan çox ölkədə müşahidə olunur. Uqanda, Zimbabve, Banqladeş, Trinidad və Tabaqo kimi ökələr, artıq vaksinlərin qurtarması barədə bildiriblər.
 
Eylvord xəbərdarlıq edərək deyib ki, vaksinlərin qurtardığı ölkələrin sayı arta bilər. ÜST rəsmisi nümayəndəsi beynəlxalq ictimaiyyəti problemin həlli üçün səylərini ortaya qoymağa çağırıb.
 
Kasıb ölkələrdəki vaksin böhranı inkişaf etmiş ölkələri bu məsələdə humanitar yardım göstərməyə məcbur edir.
Qeyd edək ki, G7 ölkələri iyunun 13-də vaksinlərin 870 milyon dozasını ehtiyac duyan ölkələrə vermək niyyəti barədə bildirib.