• çərşənbə axşamı, 16 aprel, 21:11
  • Baku Bakı 18°C

Şri-Lankada dörd ay davam edən fövqəladə vəziyyət rejimi ləğv olunub

23.08.19 16:45 3425
Şri-Lankada dörd ay davam edən fövqəladə vəziyyət rejimi ləğv olunub
Şri-Lanka Prezidenti Maytripala Sirisena aprel ayında baş vermiş terror aktlarından sonra tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddətini uzatmayıb.
AZƏRTACFrance-Presse informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının dəftərxanasında olan mənbə bildirib.
Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində təxminən 250 nəfərə yaxın insan ölüb, 500-dən çox insan isə yaralanıb. Həlak olanların 42-si xarici ölkə vətəndaşıdır. İlk 6 partlayış Kolombo, Neqombo və Battikaloa şəhərlərindəki 3 kilsə və 3 oteldə qeydə alınıb, 7-ci partlayış adanın qərbində, 8-ci partlayış isə Kolombo şəhəri yaxınlığında yerləşən yaşayış kompleksində baş verib.
Növbəti gün - aprelin 22-də ictimai asayişin təmin olunması məqsədi ilə polisi və silahlı qüvvələri xüsusi səlahiyyətlə təmin etmək üçün Şri-Lankada fövqəladə vəziyyət rejimi tətbiq olunub. Ölkə prezidenti indiyə qədər fövqəladə vəziyyət rejiminin müddətini üç dəfə uzadıb.
banner

Oxşar Xəbərlər