• çərşənbə axşamı, 19 mart, 09:56
  • Baku Bakı 8°C

"S&P" Azərbaycanın kredit reytinqlərini "stabil" səviyyədə saxlayıb

24.07.21 16:15 371
"S&P" Azərbaycanın kredit reytinqlərini "stabil" səviyyədə saxlayıb
"Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqləri üzrə proqnozunu "stabil", yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində saxlayıb.
Trend bu barədə agentliyin hesabatına istinadən məlumat verir.
Agentlik iyulun 23-də Avropa, Yaxın Şərq və Afrikada suveren, regional və yerli orqanlar üçün reytinq və proqnozları təkrar nəzərdən keçirib.
"Standard & Poor's" 2022-2024-cü illərdə Azərbaycanda ümumi daxili məhsulun orta hesabla 3,9 faiz artımını da proqnozlaşdırır. Eyni zamanda agentlik qeyd edir ki, MDB ölkələrinin bank sektoru yüksək kredit risklərinə məruz qalır.
banner

Oxşar Xəbərlər