• cümə axşamı, 25 aprel, 19:34
  • Baku Bakı 21°C

“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib

24.08.19 13:00 5198
“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib
Göyərtəsində "Fyodor” adlı antropomorfik robotun olduğu Rusiyanın "Soyuz MS-14” gəmisi avtomatik birləşmə sistemində yaranmış problem səbəbindən Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib.
AZƏRTACTASS agentliyinə istinadla xəbər verir ki, bunu kosmik gəminin birləşmə prosesini translyasiya edən NASA TV-nin yayımı zamanı aparıcı bildirib. O qeyd edib ki, "Soyuz MS-14” gəmisi təhlükəsiz məsafəyə geri çəkilib və Rusiyanın Uçuşların İdarəedilməsi Mərkəzinin mütəxəssisləri problemi aradan qaldırmağa çalışırlar.
Avqustun 22-də start götürən kosmik gəminin göyərtəsində robotla yanaşı, müxtəlif çeşidli yük də var.
banner

Oxşar Xəbərlər