• cümə axşamı, 25 aprel, 01:35
  • Baku Bakı 19°C

“Sovetski”dən köçmək istəyən ailələrin sayı 900-ə çatır

23.04.14 16:27 1377
“Sovetski”dən köçmək istəyən ailələrin sayı 900-ə çatır
“Bakının “Sovetski” məhəlləsində öz evlərini müəyyən edilmiş şərtlərlə çatmaq istəyən ailələrin sayı 900-ə çatır.
Bakının “Sovetski” məhəlləsinin köçürülməsi ilə bağlı yaradılmış Köçürmə Komissiyasının üzvü, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov APA-ya açıqlamasında bildirib ki, Köçürmə Komissiyası həftənin ikinci və üçüncü günü müraciətlərə baxır.
S. İslamov deyib ki, dünən Köçürmə Komissiyası yeni müraciətlərə baxıb və dünən də daxil olmaqla, “Sovetski” məhəlləsində köçmək istəyən ailələrin sayı 800-ə çatıb. 648 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, onlardan 617 əmlak sahibi ilə müvafiq qaydada alqı-satqı aparılıb, bu şəxslər öz vəsaitlərini bank hesabından götürüblər. S.İslamov Köçürmə Komissiyasının bu gün də müraciətlərə baxdığını söyləyib: “Bu gün də 80-100 ailənin müraciət edəcəyi gözlənilir. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır”.
Köçürmə Komissiyasının üzvü söküntü ərazisinə düşən 2860 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını da açıqlayıb.
banner

Oxşar Xəbərlər