• çərşənbə, 24 Aprel, 04:55
  • Baku Bakı 14°C

Sosial Xidmətlər Agentliyindən baxımsız vəziyyətdə aşkarlanan 5 azyaşlı uşaqla bağlı AÇIQLAMA

18.01.22 09:15 281
Sosial Xidmətlər Agentliyindən baxımsız vəziyyətdə aşkarlanan 5 azyaşlı uşaqla bağlı AÇIQLAMA
Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşadıqları barədə məlumat yayılan 5 azyaşlı uşağın məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi qərara alınmışdı.
Bu barədə Sosial Xidmətlər Agentliyindən açıqlama verilib.
Bildirilib ki, artıq azyaşlılar Agentliyin müəssisəsinə gətiriliblər. Bundan sonra onlar məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə Agentliyin peşəkar mütəxəssislərinin iştirakı ilə reabilitasiya prosesi keçəcəklər.
Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyatı tədbirlər görülməsi barədə qərar qəbul ediləcək.





banner

Oxşar Xəbərlər