• cümə axşamı, 28 mart, 17:18
  • Baku Bakı 16°C

Sosial şəbəkələrdə fəal istifadəçilərin sayı 3 milyardı ötüb

13.08.17 09:00 919
Sosial şəbəkələrdə fəal istifadəçilərin sayı 3 milyardı ötüb
Hər gün sosial şəbəkələrdə fəal istifadəçilərin sayı bir milyon artır.
AZƏRTACICTnews-a istinadla xəbər verir ki, "The Next Web” nəşrində dərc edilmiş "We Are Social” və "Hootsuite” platformalarının son hesabatına əsasən, sosial şəbəkələrdə fəal istifadəçilərin sayı 3 milyardı ötüb.
macdigger.ru saytında isə qeyd olunur ki, hazırda dünyada ən böyük sosial şəbəkə "Facebook”dur. Bu sosial şəbəkənin auditoriyası 2 milyard fəal istifadəçidən ibarətdir. Onların 87 faizi mobil qurğulardan istifadə edir, 59 faizi isə hər gün "Facebook”a daxil olur.
Fəal istifadəçilərinin sayı 1,5 milyard təşkil edən "YouTube” video platforması bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Aktiv istifadəçilərinin sayına görə növbəti yerləri "WhatsApp”, "Facebook Messenger” və "WeChat” messencerləri tutublar.
"Telegram” messencerinin auditoriyası 100 milyon fəal istifadəçidən ibarətdir və bu göstərici üzrə "VKontakte” sosial şəbəkəsini geridə qoyur.
banner

Oxşar Xəbərlər