• cümə, 26 Aprel, 06:40
  • Baku Bakı 12°C

Soma şəhərindəki mədənin istismarı dayandırıldı

23.05.14 09:49 1117
Soma şəhərindəki mədənin istismarı dayandırıldı
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Hürriyyət" qəzeti xəbər yayıb.
Onun sözlərinə görə, Soma şəhərindəki mədənlərin bağlanması ölkə iqtisadiyyatına mənfi təsir edəcək.
Mayın 13-də Manisa vilayətinin Soma şəhərindəki mədəndə baş vermiş patlayışda 301 nəfər ölüb, 486 nəfər yaralanıb.
Bir müddət əvvəl Türkiyədə dağ-mədən sənayesi haqqında qanun layihəsi üzərində iş getdiyi barədə məlumat verilmişdi.
Yeni qanun layihəsi yaxın aylarda ölkə parlamentinə təqdim olunacaq. Sənədin təfərrüatları barədə məlumat verilmir.
banner

Oxşar Xəbərlər