• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

Soçidə üçtərəfli görüşün keçirilməsi faktı onu göstərir ki... - ŞƏRH

25.11.21 09:30 239
Soçidə üçtərəfli görüşün keçirilməsi faktı onu göstərir ki... - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçidə üçtərəfli görüşünün keçirilməsi faktı onu göstərir ki, Yerevan nəhayət yeni reallıqla barışıb. Bu baxımdan, görüşdən gözləntilər böyükdür.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşdə iştirakı irəliyə atılan nəhəng addımdır.
Kaspi.az xəbər verir ki, bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
Onun sözlərinə görə, son onillikdə Ermənistan ölkənin zəif idarə olunması nümunəsini sərgiləyib və Soçidə üçtərəfli görüşdə iştirak uğursuz qərarlar silsiləsini qırmaq üçün şansdır.
"Ermənistan beynəlxalq hüquqa əməl etməlidir. Azərbaycanla sülh sazişi barədə razılığa gəlməli, ticarət və kommersiya sahəsində əməkdaşlıq üçün imkanları tədqiq etməlidir", - deyə ekspert bildirib.
O qeyd edib ki, gələcək görüş çox vacib siyasi məqama malikdir, belə ki, görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının statuslarının müzakirəsi gözlənilir, bu isə regionun gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
Rusiyalı politoloq Andrey İvanov isə Trend-ə açıqlamasında deyib ki, bu görüş bu gün işlək olan müddəalara sadiqliyi təsdiq etməlidir.
"Görünən odur ki, Yerevan ənənəvi olaraq problemi unutdurmaq taktikasından istifadə etmək istəyirdi. Ermənistanın daxili siyasəti uzun illərdir ki, millətçi ritorikanın qızışdırılması üzərində dayanır. Amma daxili auditoriya üçün yaxşı olan amil beynəlxalq siyasətdə qəbul olunmur. Məğz etibarilə tənzimləmə prosesi çox yavaş gedir, amma bunu sürətləndirmək olar. Vacib olan odur ki, indi söhbət torpaqların işğalından, ərazi bütövlüyündən yox, regionda normal həyatın qurulması mexanizmindən gedir", - deyə politoloq vurğulayıb.
Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova öz növbəsində bildirib ki, Nikol Paşinyan Soçi görüşündən qorxur.
"Çünki görüş zamanı ermənilər üçün ən kəskin məsələlər müzakirə olunacaq. Ermənistan hər vəchlə görüşdən yayınmağa çalışırdı. Görüşdə toxunulacaq məsələlərdən biri sərhədlərin delimitasiyası və demarkasiyası olacaq. Böyük ehtimalla, bu məsələ ilə daha fəal məşğul olacaq işçi qrupu yaradılacaq. Soçidə diqqətə alınacaq daha bir məsələ Zəngəzur dəhlizi ola bilər", - deyə o bildirib.
banner

Oxşar Xəbərlər