• cümə, 29 Mart, 13:19
  • Baku Bakı 14°C

SOCAR və ENOC birgə layihələr üzrə perspektivləri müzakirə edib

24.06.22 15:00 1024
SOCAR və ENOC birgə layihələr üzrə perspektivləri müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin Milli Neft Şirkəti (ENOC) arasında birgə layihələr üzrə perspektivlər barədə müzakirə aparılıb.

Kaspi.az-ın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində yazıb.

“ENOC şirkətinin sədri Saeed Məhəmməd Əhməd Əl Tayer ilə SOCAR və ENOC arasında treydinq üzrə əməkdaşlıq, investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə layihələr üzrə perspektivlər barədə müzakirə apardıq”, - deyə M.Cabbarov bildirib..

banner

Oxşar Xəbərlər