• cümə, 18 Oktyabr, 10:29
  • Baku Bakı 17°C

SOCAR: “Paylaşılan görüntünün şirkətimizə heç bir aidiyyəti yoxdur”

28.10.22 17:11 1607
SOCAR: “Paylaşılan görüntünün şirkətimizə heç bir aidiyyəti yoxdur”

Son günlər sosial şəbəkələrdə SOCAR-ın rəsmi internet saytı ilə heç bir əlaqəsi olmayan ekran görüntüsü paylaşılır.

Bu barədə SOCAR-ın yaydığı açıqlamada bildirilir:

“Qeyd etmək istəyirik ki, yeni istifadəyə verilmiş saytımızın ingilis dilində versiyası hazırlanır və ictimaiyyətə noyabr ayının sonuna qədər təqdim olunması nəzərdə tutulur. 

Sosial şəbəkələrdə paylaşılan şəkil  isə “Google Chrome” brauzerinin avtomatik tərcümə funksiyası vasitəsilə edilib və şirkətimizə heç bir aidiyyəti yoxdur”.

banner

Oxşar Xəbərlər