• cümə, 19 Aprel, 21:55
  • Baku Bakı 24°C

SOCAR: “Dənizdə çalışan 82 əməkdaşımız təxliyyə olunub”

14.01.22 10:06 228
SOCAR: “Dənizdə çalışan 82 əməkdaşımız təxliyyə olunub”
Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı bütün açıq istehsalat sahələrində, xüsusən də dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
Bunu"Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, dənizdə çalışan82əməkdaşımız təxliyyə olunub: "Hava şəraiti normallaşandan sonra normal əmək fəaliyyətinə qayıdacaqlar”.
Xatırladaq ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə və gündüz1-3° isti, Bakıda gecə və gündüz1-3° isti olacaq. Atmosfer təzyiqi758mm civə sütunundan761mm civə sütununa yüksələcək. Nisbi rütubət80-90% olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə3° şaxtadan2°-dək isti, gündüz3-8° isti, dağlarda gecə4-9° şaxta, gündüz0-4° şaxta, yüksək dağlıq ərazilərdə gecə9-14° şaxta, gündüz0-5° şaxta olacaq.
banner

Oxşar Xəbərlər