• cümə axşamı, 24 aprel, 07:28
  • Baku Bakı 15°C

SMQF Qubada Tarixi Gümbəzli (Çuxur) Hamamın bərpasının tamamlanmasını qeyd edir

26.03.18 16:46 524
SMQF Qubada Tarixi Gümbəzli (Çuxur) Hamamın bərpasının tamamlanmasını qeyd edir
Amerika Səfirliyi yerli Quba icması ilə əməkdaşlıq edərək Azərbaycanın tarixinin mühüm bir hissəsi olan Gümbəzli Hamamın qorunmasından qürur hissi duyur. Hamamın bərpası ABŞ Səfirlərinin Mədəni İrsin Qorunması Fondunun (SMQF) dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilmişdir. Səfir Robert F. Cekuta və xanım Cekuta, mədəniyyət naziri Əbülfəz Qarayev və Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev XVIII və ya XIX əsrlərin əvvəllərində tikilən və yeni bərpa olunmuş hamamın açılışında iştirak ediblər. Hamam Azərbaycanda bişmiş qırmızı kərpicdən ən erkən zamanlarda istifadə olunmasının sübutudur. Hamam ictimaiyyət üçün açıq olacaq, eləcə də turistləri cəlb etmək, yerli sənətkarlığın inkişafı üçün istifadə olunacaqdır.

SMQF 2001-ci ildən etibarən dünyanın 100-dən çox ölkəsində müxtəlif qədim və tarixi binaların, nadir əlyazmalar və muzey kolleksiyalarının, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış arxeoloji ərazilərin, ənənəvi sənətkarlıq texnikalarının, yerli dillərin və eləcə də mədəni ifadənin müxtəlif formalarını əks etdirən mədəni irsin qorunmasına dəstək verir.


banner

Oxşar Xəbərlər