• cümə axşamı, 25 aprel, 15:56
  • Baku Bakı 23°C

Siyasi şərhçi: "ABŞ, Türkiyə və Rusiya təmsilçilərinin bəyanatlarından ortaya çıxan mənzərə budur ki..."

09.06.21 19:00 897
Siyasi şərhçi: "ABŞ, Türkiyə və Rusiya təmsilçilərinin bəyanatlarından ortaya çıxan mənzərə budur ki..."
"ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin Bakıda olduğu bir vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramının açıqlanması, eləcə də Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qarabağın statusunun gələcəyə saxlanmalı olduğu və Zəngəzur dəhlizinin regional əhəmiyyəti haqda çıxışının yayılması hadisələrin gələcək inkişaf ssenariləriylə bağlı gözləntilərimizi doğruldur".
Kaspi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şükürlü bildirib.
Onun sözlərinə görə,ABŞ, Türkiyə və Rusiya təmsilçilərinin bəyanatlarından ortaya çıxan mənzərə budur ki, 44 günlük Qarabağ savaşının dəyişdiyi reallıqları artıq bütün güclər qəbul edir və bölgədə yeni irimiqyaslı savaşın başlanmasını tərəflərdən heç kim arzulamır:
"Böyük ehtimalla, Ermənistandakı 20 iyun seçkilərindən sonra 10 noyabr və 11 yanvar razılaşmalarının müddəalarının yerinə yetirilməsi prosesi sürətlənəcək.
İyunun 16-da keçiriləcək Putin-Bayden görüşünün nəticələrini gözləmədən Ərdoğanın Bakıya gəlişi və Şuşaya səfəri isə ilk növbədə, bütün dünyaya ABŞ-Rusiya münasibətlərinin necəliyindən asılı olmayaraq, Türkiyə və Azərbaycanın bir yerdə olacağının açıq mesajı sayılmalıdır. Bunun ən tez təsirini də biz Ermənistandakı seçkilərin gedişində hiss edəcəyik.
Ərdoğanla Əliyevin Şuşaya səfəri və oradan həm də ermənilərə verəcəkləri sülh mesajları isə şübhəsiz ki, revanşistlərin mövqeyinə zərbə olmaqla yanaşı, müharibədə məğlub olmuş və qorxmuş erməni cəmiyyətində Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasını, sülh razılaşmasını istəyənlərin mövqeyini gücləndirəcək".
Alpər TURAN
banner

Oxşar Xəbərlər