AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Siyasi riyakar

Siyasi riyakar

Siyasət
07 İyul 2020, 17:41 492
News.am: "Baş nazir erməni cəmiyyətinə yalan sırıyır”

İşğalçı dövlətə pandemiyasının vurduğu ziyan ağlasığmaz rəqəmlərlə ölçülməkdədir. İşsizlik, müavinətlərin verilməsində ciddi problemər yaşanır. Bu problemlərin fonunda isə hakimiyyət, başda baş nazir Nikol Paşinyan olmaqla hər gün ictimaiyyəti aldatmağa çalışır. Bu dəfə erməni mediası, konkret olaraq "News.am” saytı baş nazirin ölkədə işsizliklə bağlı səsəndirdiyi fikirləri alt-üst edib. Erməni mediası və iqtisadçıları bldirir ki, baş nazir bu həftə səsləndirdiyi fikirdə  maliyyə-iqtisadi böhranın neqativ təsirləri barədə yalan dolu rəqəmlər səsləndirib. "Hələ mayın 6-da parlamentdə çıxışı zamanı bildirmişdi ki, ölkədə aprelin sonuna kimi 620 min yeni iş yeri yaradılıb. Ölkə vətəndaşları isə fevral ayı ilə müqayisədə 3-4 mlrd. dram artıq əmək haqqı alıblar. Ardınca əhalini inandırmağa çalışıb ki, "hökumət böhranı idarə edə bilib. Biz əminliklə deyə bilərik ki, böhranın öhdəsindən gələ bilmişik”. Lakin baş nazir tək fevral ayında 71 mindən artıq iş yerinin bağlandığını gizlədib. Üstündən bir ay keçəndən sonra, parlament tribunasından səslənən "optimist” bəyanatın ardınca, Paşinyan tələm-tələsik sosial şəbəkədə may ayında 50 min iş yerinin yaradıldığını bildirib. Halbuki, aprel ayında 72 min iş yeri qapadılıb. Onun təklif etdiyi göstəricilər çox ziddiyyətlidir. May ayında hakimiyyət orqanları ümid edirdilər ki, pandemiyaın "belini qırıblar”. İqtisadi aktivlik illüziyası yaradaraq cəmiyyətə hər şeyin normal məcraya döndüyü barədə düzgün olmayan məlumatlar çatdırırdılar. Nəticədə isə artıq iyun ayında hakimiyyət epidemioloji vəziyyətin ağırlığı üzündən qaydaları sərtləşdirməli oldu”, - deyə məqalədə bildirilir.
Bütün bunların fonunda hökumət koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan elan etdiyi fövqəladə vəziyyət rejimini dördüncü dəfə uzatmaq niyyətindədir. Ermənistanın baş naziri ötən gün keçirdiyi brifinqdə söyləyib ki, "biz başa düşürük ki, ölkədə fövqəladə vəziyyət rejimini sonsuzluğa qədər uzada bilmərik. Amma ölkədəki epidemioloji vəziyyəti də nəzərə almalıyıq. Balanslaşdırılmış qərar qəbul etməliyik. Vəziyyət onu göstərir ki, biz fövqəladə vəziyyət rejimini dördüncü dəfə və ən azı daha bir ay uzatmalıyıq”. O deyib ki, Ermənistan hakimiyyətinin üçüncü dəfə elan etdiyi fövqəladə vəziyyət rejimi iyulun 13-də başa çatır.
Bütün bunların fonunda isə hökumət başçısı tərəfdarlarıa və tabeliyində olan qurumlara qondarma sorğular keçirmək tapşırığı verib. Amma sorğunun nəticələri ən optimist insanlar arasında belə gülüş doğurub. Həmin sorğu "müəyyən” edib ki, baş nazirin fəaliyyətini əhalinin 85%-i dəstəkləyir. Müxalifətin fəaliyyətini isə  əhalinin 22,7%-i təqdir edir. Sorğu birmənalı qəbul edilməyib. Belə ki, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın keçmiş mətbuat katibi (2008-2010), hazırda yerli media maqnatlarından olan Samvel Fərmanyan sorğunun nəticələrinin şübhəli olduğunu iddia edib. O qeyd edib ki, Nikol Paşinyanın yalan imperiyasında sosiologiya xüsusi yer tutur. "Vətəndaşlarımızın ən azı 60-65 faizi bu sorğularda iştirak etməkdən imtina edir”, - deyə Farmanyan yazıb.
Ekspertlər isə Paşinyanın anti-Rusiya siyasəti aparmasına görə Qərb şirkətləri tərəfindən bu cür süni şəkildə şişirdildiyini vurğulayıblar. "168.am” erməni nəşri də bu və yuxarıda qeyd olunan məsələlərdən çıxış edərək yazır ki, Ermənistan hakimiyyətinin ziddiyyətli addımları xalq arasında inamsızlıq yaradıb. "Ölkə daxilində dövlət başçısı hər gün yalan danışmağa və başqa bir mənzərəni xalqa təqdim etməyə başlayırsa, demək o, klassik riyakardır. Paşinyan hökumətinin addımları və hərəkətləri heç bir siyasi elm teoreminə uyğun gəlmir, üstəlik bir-birinə tamamilə ziddir.
İllər keçdikcə, Paşinyan hakimiyyəti dövründə çoxsaylı mif və əfsanələri ictimaiyyətə "gerçək” kimi təqdim etməyə nail ola bilib, indi həmin "gerçəklər” öz hakimiyyəti dövründə elə öz başında çatlayır”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunur.

Azər NURİYEV