• bazar ertəsi, 19 may, 09:17
  • Baku Bakı 17°C

Sirr simvolu olan rəqəm

05.12.17 13:00 8367
Sirr simvolu olan rəqəm
Rəqəmlərin içində yeddi ən təəccüblü ədəddir. Sirli yeddi ədədi! Onu həm müqəddəs, həm ilahi, həm möcüzəvi (sehrli), həm xoşbəxt rəqəm sayırlar. Xristianların dini yazılarına görə, yeddi kamil ədəddir. O, zaman və məkanı idarə edir. Dünya xalqları bu ədədə xüsusi diqqət vermişlər. Qədim Misirdə yeddi ədədi həyatın simvoludur, Osiris tanrısının ədədidir. Onların əfsanəsinə görə, gecənin yeddinci saatında Apofis ilanının yaxınlığına Ra qayığı yaxınlaşır, yeddi otaqdan və yeddi qapıdan keçib Amertiyə çatır. Bundan başqa onlarda, yeddi yaradıcılıq ədədidir. Qədim Yunanıstanda yeddi Apolonun simvoludur. Apolon isə gözəllik simvoludur. O, incəsənətin himayəçisidir. Apolon ayın yeddisində anadan olmuş, onun cəngisinin yeddi simi olmuşdur. Yunanların əfsanələrində Qesperid cəhənnəmin yeddi dairəsi, yeddi qapı, Astartının yeddi qızı, yeddi təpəgöz, niobanın yeddi uşağı qeyd olunur.
Əhdi-ətik və əhdi cədiddə yeddi rəqəmi 700 dəfə işlənilmişdir. İslam ənənəsinə görə, yeddi gəlin və yeddi torpaq, cənnətin yeddi qapısı, cəhənnəmin isə yeddi pilləsi var. İslamda yeddi peyğəmbər var ( Adəm, Nuh, İbrahim, Musa, Davud, İsa, Məhəmməd).
Bundan başqa, İslamda müqəddəs Quranın birinci surəsində ( Əl – Fatihə) yeddi ayə var. Həccə gedərkən müsəlman aşağıdakıları mütləq etməlidir: 7 dəfə müqəddəs Kəbənin ətrafında dövr etmək; 7 dəfə Əs-Səfa və Əl-Mərvə təpələri arasında qaçmaq; şeytana 7 dəfə daş atmaq. Mərhumun ruhu onun qəbri yanında 7 gün qalır. Doğulan uşaq yeddinci gündə adını alır.
Xristianlar kilsənin 7 sirlərinə əməl etməlidirlər. Xaç suyuna çəkmək (xristianlığı qəbul etmək);
Xırmızma etmək; Tövbə etmək; Birlik; Təqdis; Nikah; Kahinlik; Bunlar insan ruhunun xilas olmağı üçün vacibdir.
Xaçpərəstlərdə 7 günah var: xudpəsəndlik, tənbəllik, qəzəb, şəhvətlilik, tamahkarlıq, qarınqululuq, paxıllıq.
7 müsbət xassələr: ehsan sahibi, ismət, etidal, ədalətlilik, səxavət, mülayimlik, inam.
Hinduizmdə yeddi ilə bağlı aşağıdakılar mövcuddur;
1. Yeddi müdriklər (Sapra Rishi)
2. Yeddi dünya (Sapta -Loka)
3. Yeddi müqəddəs səhralar (Sapta Puza)
4. Yeddi müqəddəs ada ( Sapta – Dvipa)
5. Yeddi müqəddəs dəniz ( Sapta –Samuda)
6. Yeddi müqəddəs dağ ( Sapta – Parvata)
7. Yeddi müqəddəs ağaç ( Sapta- Vriksha)
8. Yeddi səhra (Sapta – Aranya)
9. Yeddi çakra.
Xristianlıqda yeddi ilə bağlı aşağıdakılar mövcuddur:
1. Yaranışda yeddi gün
2. Yeddi möhürlü vəhy
3. Yeddi məleykə vəhy
4. Yaralarla dolu 7 fincan
5. Vəhydə 7 başlı qırmızı əjdaha
6. Vəhydə (apokalipsisda) idarədə yeddi kilsə.
Dünyəvi fənlərdə də yeddi mühüm rol oynayır:
Yer ətrafında fırlanma dövrü 28 sutkadır = 22∙ 7
İnsan rüşeymi 28 sutkaya formalaşır 28 = 7 x 4
Qadının hamiləlik dövrü 280 sutkadır 280 = 7 x 40
İnsanın hüceyrəsi 7 ildən bir yenilənir.
Quşlarda cücə çıxarmaq dövrü yeddiyə bölünür
Heyvanların hamiləlik dövrü yeddiyə bölünür.
Riyaziyyatda: Sirkul və xətkeşlə çəkilməsi mümkün olmayan düz çoxbucaqlının minimal təpələrinin sayı yeddiyə bərabərdir. Fano müstəvisində nöqtə və xətlərin ən kiçik sayı yeddiyə bərabərdir.
1 dən 6-ya qədər rəqəmləri 7-yə böldükdə sonsuz (dövrü) kəsir alınır. Bu kəsrdə hər hansı bir yerdə 142857 ədədləri alınır. Məs. 1:7=0,142857142857......
2:7=0,2857142857142857.....
Zərin əks müstəvilərinin xallarının çəmi 7-yə bərabərdir.
Fizikada: Beynəlxalq vahidlər sistemində 7 əsas vahid var:
Uzunluq vahidi 1 metr
Zaman vahidi 1 san
Kütlə vahidi 1 kq
Maddə miqdarı 1 mol
Mütləq temperatur 1 Kelvin
Elektrik cərəyanı 1 Amper
İşıq şiddəti 1 Kandela
Göy qurşağının 7 rəngi var:
Qırmızı
Narıncı
Sarı
Yaşıl
Mavi
Göy
Bənövşəyi
Musiqidə 7 əsas not var ( do , re, mi, fa, sol, lya, si). Musiqi intervalı, 7 pillədən – septima və 7 yarım tondan t- kvinta tərtib olunub.
Kristalloqrafiyada: 7 əsas kristallik sistem var: kubik, heksoqonal, triqonal, tetroqonal, monoklin, triklin, rombik.
Kimyada: Mendeleyev cədvəlində 7 dövr var.
Astranomiyada: Günəş sisteminin yeddi göy cismi yerdən görünür: Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturn.
Kiçik və Böyük ayı asterizmlərinin hərəsində 7 ulduz var
Mədəniyyətdə: Dünyanın yeddi möcüzəsi var.
Efesdə Artemidanın məbədi
Rodos nəhəngi
Halikarnasda mavzoley
Aleksandriyada mayak
Semiramidanın asma bağları
Olimpiadada Zevsin heykəli
Qızadakıda böyük piramida
Atalar sözlərində də, dünya xalqlarının ədəbiyyatında da yeddi rəqəmi çox işlənir. Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Yeddi gözəl” poeması və yeddi müdrik filosofların söhbətini yada salaq. Nizaminin "Xəmsə”sinin motivlərinin əsasında nəinki Azərbaycan, həm də dünyanın musiqi və incəsənət mərkəzlərində tamaşalar və rəsmlər qoyulmuşdur və çəkilmişdir. Moskvanın Vaxtanqov adına teatrının səhnəsində 1922-ci ildən bu günə qədər "Turandot prinsesası”, italyan bəstəkarı Puççininin "Turandot” operası, Nyu-york və London muzeylərində dahi Nizaminin "Yeddi gözəl” və digər əsərlərinə rəsmlər həsr olunmuş və nümayiş etdirilmişdir.
Yeri gəlmişkən, xatırladaq ki, italyan yazıçısı Karlo Qotsi "Turandot nağılı”nın fabulasını Nizaminin "Yeddi gözəl” poemasından götürmüşdür. Dəqiq desək, Karlo Qotsu "Yeddi gözəldən” parçaları fransız şərqşünası Peti de Lya Kruanın hazırladığı və 1712-ci ildə Parisdə çap elədiyi "Persiya nağılları” kitabında və sonra "1001 gün” və "Məleykənin kabineti” kitablarından götürmüşdür. Təəssüf ki, bu məlumatlar çox nadir halda xatırlanır.
Yeddi ilə bağlı mövzulara Azərbaycan atalar sözlərində və bayatılarında da rast gəlmək olar. Məsələn, "Yeddi arxın suyunu bir arxa calayır”. "Yeddi ayda bir qarış, bir ayda yeddi qarış”.
Anam bacım qız gəlin,
Əli, ayağı düz gəlin.
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin.
"Yeddi gözəl” poemasının surətlərinin şəkilləri XVIII əsrdə yaşayan Şəkixanovların Şəkidəki evinin ikinci mərtəbəsinin mərkəzi otağının divarlarında çəkilmişdir.
Azərbaycan rəssamı Mikayıl Abdullayevin rəsmləri əsasında, Bakı metropoliteninin yeraltı zalında Nizami Gəncəvinin "Xəmsə”sinin 18 mozaik kompozisiyaları verilmişdir. Bunlardan üçü "Yeddi gözəl” poemasının qəhrəmanlarına həsr olunub.
Gəncə şəhərində Nizaminin məqbərəsinin yanında şairin 22 metrlik monumenti ucaldılmışdır. Monumentin aşağı hissəsində "Xəmsə”nin obrazlarının tuncdan tökülmüş fiqurları verilmişdir. Bir fiqur isə "Yeddi gözəl” poemasının qadın surətidir. 2012-ci ildə Bakıda "Yeddi gözəl” adlı heykəl kompozisiya qoyulmuşdur. Bu kompozisiya biri-birinin üstündə yerləşmiş "armudu” stəkanlardan ibarətdir. Armudu stəkanların görünüşünün xətləri və formaları qadın formasını xatırladır.
Kompozisiya Nizaminin "Yeddi gözəl” poemasının gözəllərini simvollaşdırır.
Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayev öz yaradıcılığında dəfələrlə "Yeddi gözəl” mövzusuna qayıtmışdır. 1949-cu ildə o, "Yeddi gözəl” süitasını, 1952-ci ildə eyni adlı baletini yazmışdır.
Yeddi ilə bağlı bir faktı da xatırladaq. Bu, XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və Qərbi İranda yayılan Hürufilik təriqətidir. Bu təriqətin əsas ideyası Quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanır. Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir.
Sərhəd Bağırov
banner

Oxşar Xəbərlər