• cümə axşamı, 25 aprel, 15:55
  • Baku Bakı 23°C

Şirerlə Ouen mübahisə etdilər

04.09.19 12:51 1151
Şirerlə Ouen mübahisə etdilər
Sosial şəbəkədə İngiltərənin iki əfsanəvi futbolçusu - Alan Şirerlə Maykl Ouen arasında mübahisə düşüb.
Kaspi.az xəbər verir ki, Şirer Ouenin "BT Sport”a dediyi "karyeramı "Nyukasl”da bitirmək istəyirdim” sözlərini xatırlayaraq, belə yazıb:
"Bəli, Maylk, biz də elə düşünürdük. Hətta həftədə 120 min funt alanda belə”.
Amma Ouen cavabında onun fikirlərini şübhə altına alıb və Şireri "Nuyaksl”a sədaqətli olmamaqda ittiham edib:
"Nyukasla” sədaqətli olduğuna inanmıram. Yaxşı xatırlayıram, ser Bobbi Robson səni ehtiyat oyunçular skamyasında oturdanda "Liverpul”a keçməyin bir addımlığında idin. Sən bütün istəyinlə klubu tərk etmək haqda fikirləşirdin”.
banner

Oxşar Xəbərlər