• şənbə, 20 Aprel, 05:12
  • Baku Bakı 15°C

Siqaret çəkənlər koronavirusu yüngül keçirir? - AÇIQLAMA

23.09.21 09:30 243
Siqaret çəkənlər koronavirusu yüngül keçirir? - AÇIQLAMA
Siqaret çəkən insanların koronavirusu yüngül keçirməsi ilə bağlı cəmiyyətdə fikirlər səsləndirilir və bu da onunla əsaslandırılır ki, nikotin koronavirusun ağciyərə düşməsini əngəlləyir.
Kaspi.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bu fikirlərin əsassız olduğunu bildirib.
O qeyd edib ki, siqaret çəkməyin və nikotinin xəstəliyin daha yüngül keçməsinə səbəb olması fikri əsaslı deyil:
"Əksinə uzun müddət siqaret çəkən insanların tənəffüs yollarında xronoki iltihablaşma gedir ki, bu da həmin insanlarda koronavirusa yoluxma zamanı daha ciddi ağırlaşmalara səbəb ola bilər”. (Trend)
banner

Oxşar Xəbərlər