• cümə axşamı, 28 mart, 17:11
  • Baku Bakı 16°C

SIPRI: Azərbaycan silah idxalına görə dünyada 23-cü yeri tutub

11.03.19 14:45 578
SIPRI: Azərbaycan silah idxalına görə dünyada 23-cü yeri tutub
Azərbaycan 2014-2018-ci illərdə silah idxalına görə dünyada23-cüyeri tutub.
"Report" xəbər verir ki, bu barədə Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) araşdırmasında göstərilir.
Araşdırmaya əsasən, göstərilən dövrdə Azərbaycanın əsas silah təchizatçılarıRusiya(51%),İsrail(43%) vəTürkiyədir(2,8%).
Dünyada ən böyük silah ixracatçılarının reytinqində ilk üçlükdəABŞ, Rusiya, Fransaqərarlaşıb. Son beş ildə Rusiyanın silah ixracatı azalıb və ABŞ dominant mövqeyini daha da gücləndirib.
Dünyanın ən böyük5 silah ixracatçısıolan ABŞ, Rusiya, Fransa, Almaniya və Çin 2014-cü ildən 2018-ci ilədək ümumilikdə silah ixracının75%-nitəmin edib.
Çin, Böyük Britaniya, İspaniya, İsrail, İtaliya, Hollandiya da silah təchizatçılarının "top-10"luğunda yer alıb.
Dünyanın ən böyük silah idxalçısı 2014-2018-ci illərdə Səudiyyə Ərəbistanı olub. Krallıq ölkəsi 2009-2013-cü illərlə müqayisədə idxalı192%artırıb.
banner

Oxşar Xəbərlər