• cümə axşamı, 25 aprel, 17:50
  • Baku Bakı 23°C

Simsar.az xəbər saytına haker hücumu olub

23.05.14 14:39 1277
Simsar.az xəbər saytına haker hücumu olub
Dünəndən başlayaraq Simsar.az saytına haker hücumu olub. Buna görə də dünən günorta saatlarından etibarən sayt fəaliyyətini dayandırıb. Hücum haqda “Kaspi”yə məlumat verən saytın redaktoru Aqşin İbrahimi bildirib ki, hələlik səbəbi tam bilinməsə də, hücumun erməni hakerlər tərəfindən edildiyi hiss olunur: “22 may saat 14:30-da portalın əsas səhifəsinə Ermənistan bayrağı və ermənicə Azərbaycanı təhqir edən ifadələr yerləşdirilib. Şəkili tezliklə yığışdırmaq mümkün olsa da, saytın fəaliyyətini hələ tam bərpa edə bilməmişik. Bu gün portalın fəaliyyətinin bərpa olunacağını düşünürəm”.
banner

Oxşar Xəbərlər