• cümə, 29 Mart, 01:55
  • Baku Bakı 7°C

Şimali Koreyada təkcə İnfantinonu stadiona buraxdılar

16.10.19 11:15 461
Şimali Koreyada təkcə İnfantinonu stadiona buraxdılar
Şimali və Cənubi Koreya yığmaları son 29 ildə ilk dəfə şimalda üz-üzə gəliblər.
Kaspi.az xəbər verir ki, Bu komandalar DÇ-2022-nin seçmə mərhələsində qarşılaşıblar. Qarşılaşma oktyabrın 15-də Pxenyanın Kim İr Sen adına 50 minlik stadionunda boş tribunalar önündə keçirilib.
Şimali Koreya hakimiyyəti stadiona fanatları və jurnalistləri buraxmayıb. Üstəlik, canlı yayım da olmayıb. Hakimiyyət oyun barədə yazmağı da qadağan edib.
Qarşılaşmadan məlumat yayan yeganə mənbə Asiya Futbol Konfederasiyası olub. Onu da deyək ki, qarşılaşmanı FİFA prezidenti Canni İnfantino da izləyib.
Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
banner

Oxşar Xəbərlər