• şənbə, 20 Aprel, 11:12
  • Baku Bakı 14°C

Şimal rayonlarında yolları qar-buz tutub, hərəkət çətinləşib - VİDEO

25.12.21 13:00 275
Şimal rayonlarında yolları qar-buz tutub, hərəkət çətinləşib - VİDEO
Ölkə ərazisində havanın yağıntılı keçməsi, yağan qar yollarda avtomobillərin hərəkətinə müəyyən çətinliklər yaradıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Kaspi.az-a verilən məlumata görə, gün ərzində hərəkətin tənzimlənərək xüsusilə yolayrıclarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb.
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə köməklik göstəriblər.
Eyni zamanda yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyə ediblər.

banner

Oxşar Xəbərlər