AZE | RUS | ENG |

“Şimal-2” Elektrik Stansiyası yayda istismara veriləcək

“Şimal-2” Elektrik Stansiyası yayda istismara veriləcək
"Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Reabilitasiya Proqramı” çərçivəsində Şüvəlan qəsəbəsində yerləşən "Şimal-1” Elektrik Stansiyasında son aylarda təmir, sazlama və bərpa işləri aparıb. ASC-dən Trend-ə verilən məlumata görə, stansiyanın blokunda zədələnmiş rutor dəyişdirilərək başqası ilə əvəz edilib. 100 tona qədər çəkisi olan rutorun dəyişdirilməsi ilə bağlı stansiyanın fəaliyyətinin müvəqqəti dayandırılması fürsətindən istifadə edilərək, xarici və yerli mütəxəssislərin iştirakı ilə yanacaq kompressoru, işçi kürəklər, o cümlədən digər avadanlıq, aqreqatlar yenilənib, təmizlənib və təmir edilib. Təmirdən sonra yerli mütəxəssislərlə birgə "Mitsubishi”, "General Electrik”, ABB şirkətinin Avropadan və Yaponiyadan olan mütəxəssislərinin iştirakı ilə sınaq işləri aparılıb və "Şimal-1” Elektrik Stansiyası təkrar işə qoşulub. Ümumilikdə ötən ilin sentyabr ayından sonra aparılan yenidənqurma, təmir-bərpa işləri nəticəsində "Şimal-1” Elektrik Stansiyasının gücü 350 MVt-dan 380 MVT-a qaldırılıb. Stansiyada görülən işlərlə paralel olaraq təməli Prezident İlham Əliyev tərəfindən qoyulan 400 MVt-lıq "Şimal-2” Elektrik Stansiyasının tikitisi də son aylarda sürətləndirilib və artıq yekunlaşmaq üzrədir. "Şimal-2” Elektrik Stansiyasının enerji blokunda Yaponiyanın "Mitsubishi” şirkətinin mütəxəssisləri ilə birlikdə sazlama işləri davam edir və hər həftənin bir günü qurğu işə salınaraq yoxlanılır. Yayda "Şimal-2” Elektrik Stansiyası istismara buraxılacaq. Burada tikilən İdarəetmə Mərkəzinin sayəsində "Şimal-1” və "Şimal-2” elektrik stansiyalarının paralel istismar edilməsi daha stabil və qənaətcil olacaq. "Şimal-1” və "Şimal-2” elektrik stansiyaları üzrə ümumilikdə il ərzində 5,7 milyard kVts elektrik enerjisi istehsalı ediləcək ki, bu da enerjisistem üçün olduqca ciddi nəticədir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917