• cümə axşamı, 18 aprel, 09:47
  • Baku Bakı 12°C

Silahlılar yaşayış məntəqələrini atəşə tutublar

17.12.18 09:15 494
Silahlılar yaşayış məntəqələrini atəşə tutublar
Silahlılar Suriyanın Latakiya və Hama əyalətlərində yaşayış məntəqələrini və Hələb şəhərinin rayonlarını atəşə tutublar.
Trend-in məlumatına görə, bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-leytenant Sergey Solomatin bildirib.
S.Solomatin bildirib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Darh-Əbu-Əsəd, Safsafa, İkki, Arafit, Sandran (iki dəfə) və Çubb-Əz-Zarur yaşayış məntəqələrini, Hama əyalətinin Tell-Marak (üç dəfə), Tell-Bazam (iki dəfə), Tell-Əl-Maktaa və Açan yaşayış məntəqələrini, Hələb şəhərinin Sukkari, Sakibiya, Zahabiya, Makanis-Edd-Duvayri və elmi-tədqiqat mərkəzi rayonlarını atəşə tutublar".
General-leytenant əlavə edib ki, Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəz Deyr-Əz-Zor əyalətində humanitar aksiya keçirib.
banner

Oxşar Xəbərlər