AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sietl şəhərində peyvənd edilməmiş şagirdlərin məktəbə gəlməsi müvəqqəti qadağan edilib

Sietl şəhərində peyvənd edilməmiş şagirdlərin məktəbə gəlməsi müvəqqəti qadağan edilib

Təfsilat
09 Yanvar 2020, 15:00 435
Vaşinqton ştatının Sietl şəhərində təxminən 800 şagird vaksinləmə barədə sənəd təqdim etmədiyinə görə evə qaytarılıb.
AZƏRTAC xəbər verir ki, keçən ilə qədər Vaşinqton ştatında valideynlər istəsələr, öz uşaqlarını qızılca, parotit və məxmərək xəstəliklərinə qarşı peyvənd etdirməyə bilərdilər. Keçən il qəbul edilmiş yeni qanun bunu istisna edir, yəni indi uşaqlar məcburi vaksinləmə keçməlidirlər.
Ştat administrasiyasının verdiyi məlumata görə, bu dərs ilinin əvvəlində Sietl şəhərindəki dövlət məktəblərində oxuyan 54 minə yaxın məktəblinin 7 min nəfərinin peyvənd edilməməsi qeydə alınıb. Pulsuz vaksinləmə aksiyasından sonra 2274 şagirdin evinə xəbərdarlıq məktubu göndərilib ki, əgər onlar yanvarın 8-nə qədər peyvənd edilməsələr, evdə qalmalı olacaqlar. Bundan sonra peyvənd edilməmiş məktəblilərin sayı xeyli azalıb, lakin bu cür şagirdlərin hamısı vaksinləmədən keçməyə macal tapmayıblar.
Əgər belə şagirdlər tezliklə vaksinləmədən keçəcəyi barədə sənədlər təqdim edə bilsələr, onlar bu həftə məktəbə buraxılacaqlar.
Vaşinqton ştatının səhiyyə departamentinin məlumatına görə, 2019-cu ildə bu ştatda 2 dəfə qızılca xəstəliyi yayılıb, nəticədə bir il ərzində bu xəstəliyə yoluxanların sayı 1990-cı ildən sonrakı bütün dövr üçün müvafiq göstəricidən çox olub. Yeni qanun da bu hadisələrdən sonra qəbul edilib.