• çərşənbə, 24 Aprel, 16:43
  • Baku Bakı 27°C

Səyyad Əlizadənin ağciyərində 70% buzlu şüşə aşkarlanıb, ECMO cihazına qoşulub

17.09.21 11:15 267
Səyyad Əlizadənin ağciyərində 70% buzlu şüşə aşkarlanıb, ECMO cihazına qoşulub
Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənniSəyyad ƏlizadəECMO cihazına qoşulub.
Bu barədə"Report"a müğənninin qohumuRazim Qarayevməlumat verib.
O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağciyərində 70% buzlu şüşə aşkarlanıb: "Ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir. Ancaq
vəziyyəti ağır olaraq qalır. Ümid edirik ki, prosedurların nəticəsi olacaq".
Xatırladaq ki, S.Əlizadə 15 gün əvvəl koronavirusa yoluxub. Əvvəlcə evdə müalicə olunan müğənni səhhəti ağırlaşdıqdan sonra FHN-in Zığdakı modul tipli hospitalına yerləşdirilib. Ötən gecə isə Mərkəzi Gömrük Hospitalına köçürülüb.
Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.

banner

Oxşar Xəbərlər