• cümə axşamı, 28 mart, 17:40
  • Baku Bakı 16°C

Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı mexanizm hazırlanması təklif olunub

09.03.21 11:05 300
Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı mexanizm hazırlanması təklif olunub
Ombudsman "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna dəyişiklik edilməsi təklifi ilə çıxış edib.
APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində əksini tapıb.
Ombudsman "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda şəxsin yaşayış sahəsindən çıxarıldığı və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildiyi hallarda onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının mülkiyyətçinin (əmlak sahibinin) tələbinə əsasən inzibati qaydada həyata keçirilməsi mexanizminin hazırlanması və bununla əlaqədar həmin Qanuna əlavə və dəyişikliklər edilməsini təklif edib.

banner

Oxşar Xəbərlər