• şənbə, 20 Aprel, 08:37
  • Baku Bakı 14°C

"Sevilya" Avropa Liqasında 6-cı dəfə finala yüksəlib

17.08.20 09:57 684
"Sevilya" Avropa Liqasında 6-cı dəfə finala yüksəlib
Avropa Liqasında yarımfinal mərhələsi start götürüb.
Apasport.az saytının məlumatına görə, bu gün ilk finalçı müəyyənləşib.
Birinci cütlükdə "Sevilya" ilə "Mançester Yunayted" üz-üzə gəlib. 5 dəfə bu turniri qazanmaqla rekordçu olan İspaniya təmsilçisi yenə həlledici qarşılaşmaya vəsiqə əldə edib. "Qırmızı şeytanlar" erkən qolla hesabı açsa da, "Sevilya" əzmkar qələbə qazanmağa müvəffəq olub. Bununla Xulen Lopeteqinin yetirmələri 4 illik fasilədən sonra yenidən Avropa Liqasının finalında oynamaq hüququna yiyələnib. İndiyə qədər 5 dəfə həlledici oyunda iştirak edən (2006, 2007, 2014, 2015, 2016) "Sevilya" bunun hamısında qalib gəlib.
Əndəlüs təmsilçisinin finaldakı rəqibi avqustun 17-də keçiriləcək "İnter" - "Şaxtyor" (23:00) matçının qalibi olacaq.
Qeyd edək ki, final qarşılaşması avqustun 21-də Kölndə keçiriləcək.
Avropa Liqası
Yarımfinal
16 avqust
23:00. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 2:1
Qol:Soso, 26, de Yonq, 78-Fernandes, 9
Baş hakim:Feliks Brix (Almaniya)
Köln stadionu
banner

Oxşar Xəbərlər