• cümə, 29 Mart, 17:22
  • Baku Bakı 14°C

Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

24.05.21 13:52 944
Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik".
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan da Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Əs-səlami əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası
hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm".

banner

Oxşar Xəbərlər