• cümə, 29 Mart, 15:20
  • Baku Bakı 14°C

Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentini təbrik edib

17.10.17 17:45 3181
Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentini təbrik edib
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, Əbdüləziz Al Səudun məktubunda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu. Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm”.
banner

Oxşar Xəbərlər