• şənbə, 27 Aprel, 08:45
  • Baku Bakı 12°C

Səudiyyə Ərəbistanı əcnəbi zəvvarlar üçün Həcc ziyarətini qadağan edib

12.06.21 18:45 253
Səudiyyə Ərəbistanı əcnəbi zəvvarlar üçün Həcc ziyarətini qadağan edib
Koronavirus pandemiyasına görə kəbə evini yalnız Səudiyyə Ərəbistanının peyvənd olunmuş vətəndaşları ziyarət edə biləcəklər.
Trendxəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə İşləri Nazirliyi tərəfindən elan verilib.
Məlumatda deyilir ki, hökumət zəvvarların təhlükəsizliyi və sağlamlığına hər zaman böyük əhəmiyyət verir və bunu vacib prioritet hesab edir. "Bütün zəvvarlar 18-65 yaş arasında olmalı və heç bir xroniki xəstəlikləri olmamalıdır" - deyə, vurğulanır.
Xatırladaq ki, 2020-ci ildə də Səudiyyə Ərəbistanı əcnəbi zəvvarların Həcc ziyarətinə getməsinə icazə verməmişdi.
banner

Oxşar Xəbərlər