• cümə, 19 Aprel, 12:24
  • Baku Bakı 25°C

Səttar Möhbalıyev: "Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik"

19.02.19 13:19 626
Səttar Möhbalıyev: "Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik"
Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səttar Möhbalıyev deyib.
S.Möhbalıyev bildirib ki, həmin şəxslər sosial şəbəkələrdə təhqirlər səsləndirirlər: "Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, bir azərbaycanlı digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin”.
O qeyd edib ki, ölkə başçısının fəaliyyəti nəticəsində hər il yüz minlərlə iş yerləri yaradılır: "Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik”.
banner

Oxşar Xəbərlər