• cümə axşamı, 28 mart, 19:27
  • Baku Bakı 13°C

Səttar Möhbalıyev: Azərbaycanda KİV-lərin sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradılıb

22.07.19 12:15 25499
Səttar Möhbalıyev: Azərbaycanda KİV-lərin sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradılıb
Bu gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam və mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Hazırda ölkəmizdə həyata keçirilən bütün bu proseslərin mətbuatın, kütləvi informasiya vasitələrinin iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz.
Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev deyib.
Millət vəkili bildirib: "Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtulan milli mətbuatımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müasir demokratik cəmiyyətdə mühüm rol oynamağa başladı. Respublikada mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılmışdır. Cənab Prezident Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd edilməsinə, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsinə, fəxri adlar almasına, onların sosial məsələlərinin həllinə xüsusi önəm verilməsinə, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsinə böyük önəm verir, jürnalistlərin əməyinə xüsusi həssaslıqla yanaşır".
S.Möhbalıyev qeyd edib ki, 144-cü ili tamam olan milli mətbuatımız bundan sonra da keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərəcək, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmayacaq, bəzi qüvvələrin Azərbaycanda mövcud olan plüralizmdən istifadə edib dövlətimizi, millətimizi nüfuzdan salmağa yönəlmiş fəaliyyətinə biganə qalmayacaq, dövlət - mətbuat, vətəndaş-mətbuat münasibətlərinin sivil yolla nizamlanmasını, jurnalist etikasına əməl olunmasını, obyektivlik, peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik hisslərinə, aktual problemlərə diqqət yönəldilməsini, milli-mənəvi dəyərləri və dövlətçilik maraqlarına hörmət prinsipini daim əldə rəhbər tutacaq.
banner

Oxşar Xəbərlər