• çərşənbə, 17 Aprel, 01:11
  • Baku Bakı 14°C

Səsi bal kimi olan xanəndə

26.02.19 09:30 1198
Səsi bal kimi olan xanəndə
"Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti, muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib”.
Bu sözlər Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində böyük xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynov haqqındadır.
Ölkə başçısı İlham Əliyevin Hacıbaba Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında verdiyi sərəncamda da, qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri kimi, Hacıbaba Hüseynovun muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırması, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratması qeyd edilib: "Təsirli və məlahətli səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur. Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində də uzun illər səmərəli fəaliyyət göstərmiş və məşhur xanəndələrin bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf etmişdir”.
Ədəbiyyatşünas alim Rafael Hüseynov isə görkəmli xanəndənin sənətinə belə dəyər verib: "Həqiqətən, Hacıbaba Hüseynovun Azərbaycan muğamı, musiqisi tarixində ən müstəsna xidməti ondan ibarətdir ki, o, klassik muğam irsinin yaşadığı günlərlə gələcək arasında çox vacib rabitəni qurmağı bacaran insan idi. O, mükəmməl bir təhsil görməmişdi, ibtidai təhsilini belə başa vurmamışdı. Buna baxmayaraq, özünün mütaliəsi, geniş dünyagörüşü, müdrikliyi sayəsində klassik ədəbiyyatı çox mükəmməl şəkildə öyrənmişdi. Həmişə çox bilgin insanlarla ünsiyyətə can atmışdı və hər cəhətdən dərin insana çevrilmişdi. O, klassik ədəbiyyatı incəliyinə qədər bilirdi. Baxmayaraq ki, əruz vəzninin təfirələrindən, ayrı-ayrı ölçülərindən xəbərsiz idi, bəhrlərin adını bilmirdi, amma əruzda mükəmməl şeirlər yazırdı. Çünki özü musiqiçi olduğundan, ritmi çox gözəl bildiyindən əruzun ritmini ustalıqla tuturdu və klassik ədəbiyyatla dolu olduğundan, çox zəngin irs qoymağı bacardı. Onun 300-dən artıq qəzəli, müxəmməsi, rübaisi, qoşmaları var ki, Azərbaycan ədəbiyyatının çox gözəl nümunələri cərgəsində yer tutmaqdadır”.
Elə bil Zülfi oxuyur
Hacıbaba Hüseynov Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi Hüseynəli Hacıbaba oğlunun ailəsində anadan olub. Ruhani ailəsində böyüyən Hacıbaba erkən yaşlarında məscidlərdə, yas məclislərində nohə və mərsiyə söyləyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun musiqi valını əldə edən gənc xanəndə, onun oxuduqlarını təkrar edərək yamsılayırmış. Dostları da gənc Hacıbabaya deyərmişlər ki, sən oxuyanda elə bilirik Zülfü oxuyur. Böyük Vətən Müharibəsinin başlaması ilə Hacıbaba muğam oxumağa fasilə verərək "Parkommuna" zavodunda tornaçı işləməyə başlayır. Dediyinə görə, ucadan olmasa da, ürəyində həmişə muğam oxuyarmış. Müharibə qurtarandan sonra Hacıbaba Hüseynovun baldızı Sara Qədimova onu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Məşhur tarzən gənc Hacıbabanı öz ansamblına nağara ifaçısı kimi dəvət edir. Hacıbaba həmin ansamblda üç il çalışır. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəyir, əruz vəzninin qayda-qanunlarını öyrənərək qəzəllər yazmağa başlayır. Həmin vaxtlarda Hacıbaba Hüseynov ansamblla çıxış edən xanəndələrdən, musiqiçilərdən, Əhməd Bakıxanovdan muğamın incəliklərini öyrənir və ömrünün sonuna qədər görkəmli tarzəni özünün əsas ustadı hesab edir.
Toylarda nağara çalan Hacıbabanı, bəzən toy sahibləri oxutdurarmışlar. Hacıbaba Hüseynov xatirələrinin birində danışıb: "Bir gün Zülfü Adıgözəlova söyləyirlər ki, bir cavan oğlan var, nağara ifa edir və oxuyur, yaman səni yamsılayır. Zülfü məni öz yanına konservatoriyaya çağırdı və oxumağımı xahiş etdi. Oxuyub qurtarandan sonra dedi ki, yaxşı oxuyursan, amma məni yamsılama. O vaxtdan öz ifa tərzimi seçdim”.
1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov Hacıbaba Hüseynovu Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində həmin məktəbdə dərs deyir və xanəndələr yetişdirir. Onun tələbələri arasında Xalq artisti Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Nəzakət Teymurova, Teymur Mustafayev, Aqil Məlikov, Səfər Mirzəyev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə, Sahib İbrahimov və b. tanınmış xanəndələr var. Görkəmli xanəndə Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə və Alim Qasımov Hacıbaba Hüseynovun birbaşa tələbələri olmasalar da, onun ifasından çox bəhrələnib və yaratdığı məktəbi layiqincə təmsil ediblər. "Hacıbaba Hüseynov tək ifaçı deyildi, həm də bəstəkar qabiliyyətinə malik olan yaradıcı idi. Onun bəstəkarlıq səriştəsi, qabiliyyəti imkan verirdi ki, uşaqlıq illərində, gəncliyində, yeniyetməlik çağlarında eşitdiyi hansısa unudulmuş melodiyaları, ayrı-ayrı təsnifləri bərpa eləsin. Onları müasir sığalla daha gözəl hala salsın, köhnəlmiş sözləri dəyişərək öz yaradıcılığından və ya digər şairlərdən uyğun gələn misralar əlavə eləsin və gözəl yeni musiqi lövhələri yaradaraq xalqa təqdim eləsin. Hacıbaba Hüseynovun bir özəlliyi də ondan ibarət idi ki, onu həm yaşlı, həm orta, həm də ən gənc nəslin nümayəndələri çox sevirdilər. Hacıbaba Hüseynovun ifasında o qədər orijinallıq var idi ki, hətta Şərq musiqisinə, muğamata bələd olmayanlar belə, onu bir dəfə dinləyəndə səsinə vurulurdular”- deyə R.Hüseynov ustad xanəndə haqqında söyləyir.
Təsnifi dəb saldı
Hacıbaba Hüseynov ilk dəfə televiziya ekranında görünəndə təqribən qırx yaşı varmış.Həmin gün bəstəkar Cahangir Cahangirov onu studiyaya dəvət edib və orada tarzən Əhsən Dadaşovun və kamançaçalan Fərhad Dadaşovun müşayiəti ilə "Zabul”, "Rast” və "Şur” muğamlarını oxuyub.
Hacıbaba Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olaraq muğam ifaçılığında geniş yayılıb. Görkəmli xanəndə "Rast” muğamının "Üşşaq” və "Hüseyni”, "Novruz-rəvəndə”, digər muğamlarda olan "Şah Xətai” şöbələrinin ilk ifaçısı olub. Xanəndənin təşəbbüsü ilə "Bayatı-şiraz” muğamının "Dilruba” şöbəsi dərsliyə əlavə olunub.
Tanınmış tarzən VamiqMəmmədəliyevin xatirəsindən: "Hacıbaba mərsiyələri çox dinləyib. Onlara özü söz qoşub oxuyardı. SeyidƏzimiçoxsevərdi.Onunqəbrini ziyarətedib. Həradamlaoturubsöhbət eləməzdi. Mən Asəf Zeynallı adına Musiqi Texnikumundatələbə olarkən 4 il onun dərslərində pulsuzkonsertmeyster işləmişəm, orada bişmişəm."Buradabirrəngiçal, burada gözlə...”. Xanəndə müşayiət etməyin dəözqanunlarıvar. Hacıbabaözü4sinifqurtarıb, savadı olmayıb,ammatoylardayetişib. Əkrəm Cəfər, Əli Fəhmi, Həkim Qəni, Hacı Mayılla söhbətlərdəbişib. Zülfüdənçoxşeygötürüb. Ovaxtxanəndələr bir-birinə qəzəl verməzdilər, paxıllıq olub. Təsnifi Hacıbaba dəb saldı,ondansonratoylardatəsnifoxumağabaşladılar. Həmişədeyirdi, ki, butəsnifləri dəbdəqalmaqüçün oxuyuram.Özüdə gözəl qəzəllər yazıboxuyurdu, nəbzitutanadamidi, elə nöqtələrə toxunardı ki, toylardahamıonutələbedirdi. O, azsaylı xanəndələrdəndirki,böyükpərəstişkarordusuvardı, məclisə dəf əlində daxil olanda hamıayağadururdu. Bəzi xanəndələr dəfiözügötürməzdilər,arbilərdilər, kimsəonundəfini daşıyırdı,ammaHacıbabadeyirdiki, yox,özümaparacağamdəfimi,bumənim sənətimdir. Səsindəbirqətrə dəxariclikyoxidi. Səsinəbaxanidi, məclisdə yemək yeməzdi,ancaqçay-meyvə. Deyərdi ki, xanəndə gərək səsiolmayandadaoxuyabilsin, səsolandaoxumağanəvarki! İnanmırdı ki, ona Filarmoniyadayubileykeçirsinlər.Deyirdi ki, kimqoyarməniosəhnəyə? Başım keçəl,burnumböyük, qarnım yekə.Özümdəqaradivə oxşayıram. Amma ona çox gözəl yubiley keçirdilər.
Hacıbaba Hüseynov xalq yaradıcılığına da böyük diqqət verib - Azərbaycanın müxtəlif bölgələrindən, habeləTürkiyəvəİraqdaoxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib. O, xalqdan topladığını yeniləmiş şəkildə xalqa qaytarır, bu sənət əsərlərin daha da geniş tanınmasına zəmin yaradırdı.
Hacıbaba Hüseynov 1989-cu ildə 70 illik yubileyinə qədər ölkədən kənara – qastrol səfərinə çıxmamışdı. Bakı kəndlərində, ölkənin rayon və şəhərlərində oxuyurdu. Nəhayət, 1990-cı ildə ilk dəfə xarici səfərə - böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa gedir. Bir il sonra Fransanın Paris, Marsel, Lion, Monpelye, Belçikanın Brüssel şəhərlərində, İsveçrədə, Hollandiyada konsertlər verir. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə İran İslam Respublikasına olur. İki ay çəkən səfər zamanı İranda yadda qalan konsert proqramları ilə çıxış edir.
Hacıbaba Hüseynov Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. Görkəmli xanəndə 24 oktyabr 1993-cü ildəSumqayıtşəhərində prokurorluq işçilərinin qonağı olur. Görüşdə çoxlu söhbətlər edir, qəzəllərindən deyir və muğam nümunələri oxuyur. Axşama yaxın evə gələn xanəndə birinci mərtəbədən səkkizinci mərtəbəyə liftlə qalxır. Liftdən çıxıb iki pilləkən düşən xanəndə mənzilinə qədər ailəsinin köməkliyi ilə gedir. Hacıbaba Hüseynovun vəfatı Azərbaycan muğam sənəti üçün böyük itki olur. Görkəmli xanəndə haqqında sənət dostlarının, musiqişünasların verdiyi dəyərdən başqa, xalqın verdiyi daha böyük dəyər var. Onun haqqında "Səsi bal kimi idi” deyirdilər. Elə bu səslə də onun ifası təkcə lent yazılarının yaddaşında deyil, insanların qəlbində, hafizəsində yaşayır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər