• cümə axşamı, 28 mart, 19:29
  • Baku Bakı 13°C

Sərxoş sərnişin təyyarəni qaçıra bilmədi

25.04.14 12:02 1185
Sərxoş sərnişin təyyarəni qaçıra bilmədi
Bir az əvvəl qaçırıldığı xəbər verilən "Virgin Australia" aviaşirkətinin sərnişin təyyarəsi İndoneziyanın Bali adasındakı Denpasar beynəlxalq aeroportunda yerə enib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Reuters-ə istinadən xəbər yayıb.
Agentliyin məlumatına görə, sərnişinlərdən biri pilotların kabinəsinə soxulmağa cəhd edib. Bundan sonra təyyarədən qaçırılma siqnalı daxil olub. Məlumata görə, sərnişin sərxoş olub. Təyyarə Balidə yerə endikdən sonra o, həbs edilib.
Əvvəllər "Virgin Blue" adı ilə tanınan "Virgin Australia" aviaşirkəti 2000-ci ildə ingilis iş adamı Riçard Brenson tərəfindən yaradılıb. Ötən illər ərzində şirkət "Quantas"dan sonra Avstraliyanın ikinci ən iri aviadaşıyıcısına çevrilib.
banner

Oxşar Xəbərlər