Şərtləri razılaşdırdı, Fransada qalır
Böyük ehtimalla,
Mario Balotelli karyerasını Fransada davam etdirəcək.
Kaspi.az xəbər verir
ki, Mario "Marsel”lə müqavilə bağlamaq üzrədir. Məlumata görə, italyan futbolçu
uzun danışıqlardan sonra "Marsel”lə bütün şərtləri razılaşdırıb.
O da xəbər verilir
ki, Balotelli gün ərzində "Nits” ilə müqaviləsinə xitam verəcək və yeni klubu
ilə anlaşmanı imzalayacaq. Marionun "Nits”a ilə müqaviləsi bu ilin yayında başa
çatırdı.
"Marsel” Balotellini
hələ ötən ilin yayında transfer etmək istəyirdi. Ancaq həmin vaxt keçid baş
tutmamışdı.