• cümə, 29 Mart, 03:34
  • Baku Bakı 7°C

Sərnişin taksi sürücüsünün qanını tökdü

06.06.14 16:01 1036
Sərnişin taksi sürücüsünün qanını tökdü
Cəlilabad rayonunda sərnişin taksi sürücüsünü bıçaqlayıb. Anspress-in məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
Cəlilabad rayon sakini 24 yaşlı Emin Cəfərov müştəri qismində avtomobilə əyləşmiş rayon sakinini lazımi ünvana aparıb.
Daha sonra həmin şəxs deyilən ünvana çatmamış sürücünü geri qayıdaraq avtomobili digər ünvan istiqamətində sürməyi tələb edib. Bu zaman isə avtomobilin yanacağı qurtarıb. Sürücü Emin Cəfərov sənişindən yanacaq almaq üçün pul tələb etdikdə onlar arasında mübahisə yaranıb.
Bu zaman “Qara” ləqəbli sərnişin sürücüyə yaxınlaşaraq üzərindəki bıçaqla ona bir neçə zərbə endirib.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər