• şənbə, 20 Aprel, 10:36
  • Baku Bakı 14°C

Sərhədlərin demarkasiyası üzrə növbəti görüşün VAXTI müəyyən edildi

19.02.19 12:07 315
Sərhədlərin demarkasiyası üzrə növbəti görüşün VAXTI müəyyən edildi
Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə işçi qrupunun növbəti görüşü yazda baş tutacaq.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.
O bildirib ki, demarkasiya prosesi razılaşdırıldığı kimi rəvan şəkildə davam edir: "Düşünürəm ki, bu işə də nəzarət edəcək Xələf Xələfovun rəhbərliyi altında sərhədləri tez bir zamanda demarkasiya edə biləcəyik".
İ.Bratçikov əlavə edib ki, növbəti görüşün keçiriləcəyi yer isə hələ dəqiq məlum deyil.
O, işçi qrupunun növbəti görüşünün yaxın aylardan gec olmayaraq keçiriləcəyinə ümid etdiyini qeyd edib.
banner

Oxşar Xəbərlər