AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sərhədin bağlanmasına 11 dəqiqə qalmış qayıtdılar

Sərhədin bağlanmasına 11 dəqiqə qalmış qayıtdılar

İdman
31 Mart 2020, 11:22 629
Koronavirus bütün dünyada yayılmaqda davam etdiyi bir vaxtda, Çində həyat öz axarına qayıdır. 
 
Kaspi.az xəbər verir ki, virusun yayıldığı ilk ölkədə futbol çempionatının startı da planlaşdırılır. Artıq Çin klublarında çıxış edən legionerlər geri qayıdırlar. 
 
Amma virusun dünyada yayılması Çin hökumətini digər ölkələrlə sərhədləri bağlamağa vadar edib. "Şanxay SİPQ” klubunun braziliyalı legionerləri – Halkla Oskar bu qadağanın qüvəyyə minməsinə 11 dəqiqə qalmış Çinə qayıdıblar. 
 
Onları dərhal 14 günlük karantinə alıblar. Bir sıra legionerlərin isə Çinə qayıda bilmədiyi bəlli olub. Çin çempionatının mayın əvvəlində start götürəcəyi bildirilir.